Kamran Əliyevin komandası SSKA ilə bərabərə qaldı

7 Dekabr 2020 02:30

Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva SSKA-sı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
 
17 turdan sonra 19 xalı olan "Ximki" 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Milli.Az