"Barselona"nın hücumçusu zədələndi

7 Dekabr 2020 00:45

"Barselona"nın hücumçusu Usman Dembele zədələnib.

Milli.Az matc.az-a istinadən bildirir ki, 23 yaşlı hücumçu ötən gün La Liqanın 10-cu turunda "Kadis"lə matçda (1:2) bud nahiyəsindən xəsarət alıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, Dembele bu mövsüm 8 matça çıxıb və 1 qol vurub.

Milli.Az