Mbappe 100-ə çatdı

6 Dekabr 2020 23:39

PSJ Fransa çempionatının 14-cü turu çərçivəsində "Monpelye"ni məğlub edib - 3:1.

Milli.Az matc.az-a istinadən bildirir ki, sözügedən qarşılaşma Paris klubunun futbolçusu Kilian Mbappe üçün yubileylə yadda qalıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə "Monpelye" ilə oyunda komandasının son qolunu vuran Mbappenin PSJ-nin heyətində 100 qol səddinə çatdığı diqqətə çatdırılıb. Fransız hücumçu bu göstəriciyə 137 oyunda nail olub.
 
Mbappe, 2017-ci ildən PSJ-də forma geyinir.

Milli.Az