Məşhur mahnı "Şəhid Xudayar" adlandırılsınmı? - Əlibaba Məmmədov QƏRARINI AÇIQLADI

6 Dekabr 2020 20:35

22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır" mahnısı günlərdir ki, sosial şəbəkələrdə ən çox izlənilən videodur.

Milli.Az xəbər verir ki, Azərbaycanın Xalq artisti, Şərəf, Şöhrət və İstiqlal ordeni laureatı Əlibaba Məmmədov mahnının müəllifi kimi "ölkə.az"a bildirib ki, mahnının Xudayarın adı ilə adlandırılması ilə bağlı heç bir qəbahət görmür:

"Bu mahnı 60 ilin mahnısıdır. Bu vaxta qədər necə adlandırıblarsa, elə də qalmalıdır. Amma mənimçün təfavütü yoxdur, yüzdən artıq mahnım var. Necə istəyirlər, adlandırsınlar. O bizim üçün canını, qanını verib, hamımız ona borcluyuq".

Milli.Az