Mixael Şumaxerin oğlu çempionu oldu

6 Dekabr 2020 18:28

Avtomobil yarışları üzrə "Formula 1" sinifində yeddi qat dünya çempionunun almaniyalı Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2" yarış seriyasının çempionu oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bəhreyndə baş tutan final mərhələsinin ikinci yarışında "Prema" komandasındaçıxış edən Mik Şumaxer 18-ci oldu. Onun əsas rəqibi "UNI-Virtuosi" komandasının təmsilçisi Britaniyalı Kallum Aylott 10-cu yeri tutdu və ümumi hesabda Şumaxerə çata bilmədi.

Yarışda hindistanlı Cehan Daruvala qalib gəlib, ikinci yerdə komanda yoldaşı Yaponiyalı Yuki Tsunoda, üçüncü isə "DAMS" komandasından olan britaniyalı Den Tiktum olub.

Milli.Az