Hande ən böyük arzusundan danışdı

6 Dekabr 2020 18:18

"Sen Çal Kapımı" serialında Eda obrazını canlandıran aktrisa Hande Erçel maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, təbiət mənzərlərini çox sevən Erçel rəssamlıq dərsləri almağa başlayıb.

O, boş vaxtlarında təbiət rəsmləri çəkir. Handenin ən böyük arzusu çəkdiyi əsərlərdən ibarət sərgi təşkil etməkdir. Jurnallardan birinə müsahibə verən aktrisa bu sənətə gəlməsəydi, rəssamlığı seçəcəyini bildirib.

Milli.Az