"Çelsi"də ciddi itki

6 Dekabr 2020 15:09

"Çelsi"nin futolçusu Hakim Ziyex zədələnib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ötən gecə Premyer Liqanın 10-cu turunda "Lids"lə matçın 30-cü dəqiqəsində xəsarət alıb.

Ziyex oyuna davam edə bilməyib və əvəzlənib.
 
Mərakeşli futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Qeyd edək ki, "Çelsi" - "Lids" matçı meydan sahiblərini 3:1 hesablı qələbəsiylə başa çatıb.

Milli.Az