"Demokrat Partiyası ABŞ-ı kommunizmə aparacaq" - Tramp

6 Dekabr 2020 09:31

ABŞ Prezidenti Donald Tramp Demokratların Senatı qazanacağı təqdirdə ölkəni kommunizmə aparacağını iddia edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ağ Ev rəhbəri bu barədə Corcia ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

ABŞ lideri əlavə edib ki, Demokrat Partiyasının təmsilçiləri kommunist idarəetmə formasına getmək niyyətindədirlər. 

Milli.Az