Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb

5 Dekabr 2020 23:21

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Fransanın daxili işlər naziri Jerald Darmanen yazıb.

Nazir bildirib: "Bəzən son dərəcə aqressiv insanlara qarşı həyata keçirməli olduqları fəaliyyətə görə hüquq-mühafizə orqanları əməkdaşlarına təşəkkür edirəm. Parisdə keçirilən nümayişlər zamanı 22 nəfər saxlanılıb".

Milli.Az