Trampın kampaniyası yeni məhkəmə iddiası qaldırıb

5 Dekabr 2020 22:29

Donald Trampın kampaniyası cümə günü Corciya ştatında prezident seçkilərini nəticələrini ləğv etmək üçün ştat məhkəməsinə müraciət etdiyini bildirib. Bu, onun seçki nəticələrini dəyişmək məqsədilə qaldırdığı bir sıra məhkəmədə iddialarından ən sonuncusudur.

Tramp kampaniyası dyeni məhkəmə iddiasında saxtakarlığın olduğunu iddia edən Corciya sakinlərinin bəyanatlarının olacağını bildirib.

Corciya ştatının katibi respublikaçı Bred Raffensperger və digər ştat rəsmiləri dəfələrlə noyabrın 3-də Demokrat Co Baydenin qalib gəldiyi seçkidə genişmiqyaslı saxtakarlıqların olduğuna dair heç bir sübutun olmadığın deyiblər.

Trampın komandası və onu dəstəkləyən müxtəlif insanlar ölkə boyu bir neçə məhkəməni uduzub. Buna Nevada və Viskonsin ştatlarında həmin ştatlardakı seçki nəticələrin dəyişmək məqsədilə başladılan məhkəmə iddiaları daxildir.

Prezidentliyə seçilmiş Bayden seçkidə 306 elektoral səsi əldə edərək qalib gəlib.

Cümə günü Nevadanın rayon hakimi respublikaçı elektorların irəli sürdüyü iddianə rədd edib.

Viskonsin Ali MƏhkəməsinin 4-3 səs ilə verdiyi qərar nəticəsində prezident seçkisinin nəticəsini ləğv edib ştatın qanunvericilik orqanının 10 elektoru seçməsini tələb edən iddianı rədd edib.

Trampın kampaniyası seçki nəticələrini ləğv etmək cəhdinə 9 milyon dollar pul xərcləyib. Bu pulu 2.3 milyonu vəkillər və məsləhətçilərə xərclənib.

Kampaniya və Respublikaçıların Milli Seçki Komitəsi seçki günündən bəri 207.5 milyon dollar ianə toplayıb ki, bunların böyük bir hissəsi " Rəsmi Seçkinin Müdafiəsi Fondu"na ianələr çərçivəsində toplanıb.

Milli.Az