Parisdə polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib

5 Dekabr 2020 19:43

Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz olaraq aksiyalar damam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün Parisdə keçirilən aksiyada iştirakçılarla polis arasında qarşıdurma yaranıb.

Aksiya iştirakçıları polisə daş atıb, hava fişəngləri yandırıblar. Polis isə gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az