Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

5 Dekabr 2020 16:03

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Larvov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən Milli.Az-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatının icrasının gedişatını, tərəflərin Rusiya sülhməramlıları ilə əməkdaşlığını, ikitərəfli əməkdaşlığa dair aktual mövzuları, eləcə də beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.

Milli.Az