Ulduz yağacaq

6 Dekabr 2020 08:00

Gələn həftə ən gözəl təbiət hadisələrindən biri - Geminid "ulduz yağışı" baş verəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu təbiət hadisəsi yaydakından fərqli olaraq, xüsusilə parlaqlığı ilə seçilir. "Ulduz yağışı"nın ən fəal döründə - dekabrın 14-də isə bir saat ərzində 200 meteoru görmək mümkün olacaq.

Geminid "ulduz yağışı"nın başqa bir xüsusiyyəti, səma cismlərinin sürətidir: bunun sayəsində atmosferin alt qatına qədər keçən və partlayaq meteorlar şimşəyə bənzər parlaq işıq parıltıları yaradır.

Milli.Az