Gürcüstanda daha 5 450 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb

5 Dekabr 2020 13:30

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 450 yoluxma halı qeydə alınıb,  37  nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 158 154 nəfərə, ölənlərin sayı isə 1 462 nəfərə çatıb.

Virusa yoluxanlardan 129 210 nəfərin sağaldığı bildirilir.

Milli.Az