DİN-nin şəhid baş leytenantı Kamran Kazımov - FOTO

5 Dekabr 2020 13:24

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı Kamran Kazımov Vətən Müharibəsinin şəhidlərindədir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, 30 yaşlı K.Kazımov Rusiyanın Voloqda vilayətində doğulub.

O, oktyabrın 5-ində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az