“Mançester Yunayted”in oyununda - AFFA rəsmisi

5 Dekabr 2020 13:18

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb. 

Milli.Az apasport.az-a istinadla bildirir ki, assosiasiya rəsmisi Çempionlar Liqasının qrup mərhələsinin son turunda da iş başında olacaq.

Avstriyalı "Leypsiq" (Almaniya) -  "Mançester Yunayted" (İngiltərə) oyununun hakim-inspektor təyin edilib. Bu qarşılaşma dekabrın 9-da Leypsiq şəhərində keçiriləcək.

Milli.Az