Qlobal ərzaq qiymətləri son 6 ilin maksimumuna yüksəlib

6 Dekabr 2020 04:30

Qlobal miqyasda ərzaq məhsullarının qiymətləri son 6 ilin maksimumuna yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal qida qiymətləri indeksinə görə, noyabr ayında qlobal ərzaq məhsulları ticarətində son 6 ilin ən yüksək qiymətləri müşahidə olunub.

Ərzaq məhsullarındakı bahalaşması isə 6 aydır davam edir.

FAO-ya görə, bu artım nisbətləri 2012-ci ildən bəri davam edən artım tendensiyasıdır, 2014-cü ildən indiyədək isə qeydə alınan maksimum qiymət göstəricisidir.

Milli.Az