Onlarla şəhidimizin uyuduğu fəxr yerimiz... - VİDEO

5 Dekabr 2020 12:36

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda Vətən müharibəsindəki şəhidlərimizin anım mərasimi keçirilib. Bakıda yüzlərlə insan şəhidlərin uyuduğu Fəxri xiyabana axın edərək onların məzarlarını ziyarət ediblər. 

Şəhid məzarlarını ziyarət edən anaların kədəri bir başqa görünür. Onlar məzar daşlarına sığal çəkməklə sanki öz qəlblərini rahatladırlar.

Şəhid anası Səadət Şirəliyeva bütün şəhidlərimizin cənnətlik olduğunu deyir: "Vətən sağ olsun! Allah bütün şəhidlərimizi cənnətlik eləsin! Mənim övladım da, bütün şəhidlərimiz də tarix yazdılar". 

Milli.Az AzTV-nin Fəxri xiyabandan hazırladığı reportajı təqdim edir:

Milli.Az