Braziliyada COVID-19-a yoluxma sayı 6,5 milyonu ötüb

5 Dekabr 2020 09:18

Braziliyada son sutka ərzində daha 46 884 nəfərin koronavirus infeksiyasına yoluxması, 694 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 533 968 nəfər yoluxub. Bu müddət ərzində 175 964 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 744 369 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az