"Dəlisov Maks"ın aktyoru öldü

5 Dekabr 2020 09:30

"Dəlisov Maks" filmindəki obrazı ilə məşhurlaşan avstraliyalı aktyor Hyu Kias-Bern vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi dekabrın 2-də 78 yaşında xəstəxanada dünyasını dəyişib.

Aktyorun ölüm səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.

Milli.Az