Feliks ötən ayın ən yaxşısı oldu

5 Dekabr 2020 09:24

İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks seçilib.

Noyabr ayında 3 matça çıxan 21 yaşlı oyunçu həmin qarşılaşmalarda 2 qol və 1 qolun ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, portuqaliyalı futbolçu "Atletiko"ya ötən il "Benfika"dan keçib.

Milli.Az