“Napoli”nin stadionuna Maradonanın adı verildi

5 Dekabr 2020 08:28

İtaliyanın "Napoli" klubunun stadionunun adı dəyişdirilib.

Bununla bağlı "Football Italia" məlumat yayıb.

Bildirilib ki, "San Paolo" şəhər stadionu əfsanəvi futbolçu Dieqo Armando Maradonanın şəfərinə adlandırılıb.

Maradona 1984-1991-ci illərdə "Napoli"nin şərəfini qoruyub.

Qeyd edək ki, 60 yaşlı Maradona noyabrın 25-də vəfat edib və iki gün sonra Buenos-Ayresdəki "Bella vista" qəbiristanlığında torpağa tapşırılıb.

Milli.Az