Kəlbəcərin Xudavəng monastırında ibadət etmək istəyən udilərin erməni keşişlərlə mübahisəsi yarandı - VİDEO

4 Dekabr 2020 21:54

AZTV-nin əməkdaşı işğaldan azad edilmiş Kəlbəcərdən reportaj hazırlayıb.

Milli.Az xəbər verir ki, reportaj zamanı o, udi vətəndaşlarımızla birlikdə Xudavəng monastır kompleksində olub və onların ibadətlərini izləyib.

Çəkiliş zamanı monastırda ibadət etmək üçün xüsusi icazə almış erməni keşişlərlə mübahisə də yaranıb.

Onlar alban udilərin ibadətinə mane olmaq istəsələr də, yekunda vətəndaşlarımız tarixi kilsədə ibadətlərini ediblər.

Milli.Az