Burak Yılmaz ən yaxşı oyunçu seçildi

4 Dekabr 2020 20:09

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Lill"in hücumçusu Burak Yılmaz ən yaxşı oyunçu seçilib. Türk futbolçu səsvermədə "Molde"dən Maqnus Eykrem, "Braqa"dan Qaleno və "Milan"dan Yens Haugeni qabaqlayıb.

Qeyd edək ki, B.Yılmaz Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Sparta" ilə matçda (2:1) dubl edib.

Milli.Az