Ən güclü orduları olan ölkələr - Dost ölkə yenə birincidir - SİYAHI

5 Dekabr 2020 17:37

Dünyanın ən güclü silahlanan ölkəsi İsraildir.

Milli.Az sfera.az-s istinadən xəbər verir ki, bu barədə Almaniyada Sülh Araşdırmaları İnstitutu (BICC) tərəfindən yayımlanan Qlobal Silah İndeksi (GMI) hesabatında qeyd olunub.

Bildirilib ki, 20 milyard dollarlıq hərbi xərcləri ilə İsrail 2007-ci ildən bu günə qədər lider olaraq qalır.

Siyahıda 10-luğa Bəhreyn, Səudiyyə Ərəbistanı, Sinqapur, Rusiya da daxil edilib.

Yunanıstan isə hesabata görə, 12-ci sıradadır. Ölkə Şərqi Aralıq dənizindəki gərginlikdən sonra Türkiyə ilə qarşı-qarşıya gəlib və son dövrlər silahlanmağa başlayıb.

Türkiyə isə siyahıda 20-ci sırada qərarlaşıb.

Milli.Az