İnsanlar koronavirusa ən çox burada yoluxur - ALİMLƏR

5 Dekabr 2020 17:15

Alimlər bu qədər insanın koronavirusa harda necə yoluxmasını araşdırıb. Məlum olub ki, hazırda yoluxmalar daha çox ailə içi, bir ailə üzvündən digərlərinə ötürülməsi ilə baş verir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Çin alimləri 1178 xəstə və 15648 nəfər onların ailə üzvləri üzərində tədqiqat aparıblar.

Məlum olub ki, virus daha çox sosial məsafə qısa olan zaman insana ötürülür. Bu isə daha çox evdə mümkündür.

İkinci yerdə tibbi müəssisələr gəlir.

Virusun geniş masştabda yoluxması qohumlar, doğmalar və ailə üzvləri vasitəsilə olub.

Milli.Az