Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər

4 Dekabr 2020 19:29

Bu gün ölkə ərazisində saat 12.00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, komitənin əməkdaşları da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının ruhu qarşısında baş əyib, onların xatirəsini ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Milli.Az