Koronavirusun ötürülməsini tez bir zamanda bloklayan preparat aşkarlanıb

4 Dekabr 2020 22:30

Alimlər koronavirusun ötürülməsini tez bir zamanda bloklayan vasitə tapıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq tədqiqatların nəticələri "Nature Microbiology" jurnalında dərc olunub.

ABŞ-ın Corciya Universitetinin mütəxəssisləri qripə qarşı effektiv olan virus əleyhinə 4482/EIDD-2801 və ya Molnupiravir preparatının SARS-CoV-2 virusuna təsirini analiz ediblər.

Heyvanlar üzərində laboratoriya tədqiqatlarının nəticəsində məlum olub ki, preparat xəstəliyin ilkin mərhələsində yüksək effektivlik göstərir. Belə ki, dərman vasitəsi orqanizmdə COVID-19 infeksiyasının ağır dərəcəyə qədər inkişafına, virusun orqanizmdə uzun müddət qalmasına imkan vermir və ilk gündən başlayaraq onun ötürülməsinin qarşısını alır.

Milli.Az