Çempionlar Liqasında həftənin futbolçusu seçildi

4 Dekabr 2020 18:36

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qrup mərhələsinin V turunun ən yaxşısı Olivye Jiru seçilib.

İngiltərənin "Çelsi" klubunun futbolçusu azarkeşlər arasında səsvermədə qalib olub. Jiru V turun "Sevilya" (İspaniya) ilə qarşılaşmasında pokerə imza ataraq, 4:0 hesablı qələbənin memarı olub.

Qeyd edək ki, səsvermədə digər namizədlər İrfan Kahveçi ("Başakşəhər"), Marqim Berişa ("Zalsburq") və Romelu Lukaku ("İnter") olub.

Milli.Az