Pilləkənin altından aşkarladığı gizli otaq dəhşətə gətirdi - FOTO

4 Dekabr 2020 18:54

"Perspicuum" ləqəbli istifadəçinin valideynlərinin yeni evində çəkdiyi fotolar sosial şəbəkələrdə böyük maraq toplayıb. Görüntülərdə pilləkənin altında gizli otağın girişi əks olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, taxta pilləkən gizli otaq üçün qapı rolunu oynayır.

Nəşrin müəllifinin sözlərinə görə, burada  çoxlu əşyalar, o cümlədən, odunlar, borular, əntiq əşyalar və 1960-1970-ci illərə aid 10-a yaxın şərab şüşəsi tapılıb.

Paylaşım sosial şəbəkələrdə virus kimi yayılıb. İstifadəçilər otağın qorxunc olduğunu bildirərək, görüntülərin dəhşət filmlərində kadrları xatırlatdığını bildiriblər.

Milli.Az