Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib - FOTO

4 Dekabr 2020 16:06

Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilən anım tədbiri Ankarada da qeyd edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin rəsmi "Twitter" hesabında məlumat verirlib. Bildirilib ki, səfirliyin qarşısında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) Azərbaycan Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Paylaşımda bildirilir: "Şəhidlərimizin əziz xatirəsini Səfirliyimizdə bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz",

Milli.Az