Danimarka hökuməti və ölkə parlamenti 2050-ci ilədək Şimal dənizində neft-qaz hasilatının və kəşfiyyatının tamamilə dayandırılması barədə razılığa gəlib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu cür fəaliyyətlərin lisenziyalaşdırılması üçün edilən bütün tenderlər hazırda ləğv edilir; Parlament lisenziya verilməsi barədə səkkizinci raundu və bundan sonrakı tenderləri ləğv etmə barədə qərarı təsdiqləyib.
Qeyd edək ki, Danimarka hökuməti 2050-ci ildə "iqlim bitərəfi" ölkəsinə çevrilmək üçün ötən il "2030-cu ilə qədər çirkləndirici tullantıları 70 faiz azaltmaq" barədə iddialı layihə qəbul edib.
Hazırda bu ölkə Avropa İttifaqında ən böyük neft və qaz istehsalçısıdır.
Milli.Az