Dağıstanın rəhbəri koronavirusa yoluxdu

4 Dekabr 2020 18:06

Koronavirusa yoluxan Dağıstan rəhbəri vəzifəsini icra edən Sergey Melikov müalicəsini davam etdirmək üçün Moskvada xəstəxanaya köçürülüb.

Milli.Az xəbər verir ki, respublika başçısı xəstəliyinə baxmayaraq, işini distant vəziyyətdə davam edəcək.

"Melikov həmkarları ilə davamlı ünsiyyətdədir, sənədləri araşdırır, vacib qərarları qəbul edir, zəruri məsələləri nəzarətdə saxlayır. Onun vəziyyəti qənaətbəxşdir", - deyə məlumatda vurğulanıb. /medicina.az

Milli.Az