Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov

4 Dekabr 2020 14:54

Dağlıq Qarabağın kimə aid olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu ərazinin kimə məxsus olması BMT Təhlükəsizlik Şurasının kifayət qədər çoxdankı qərarları ilə müəyyən edilib" - Peskov deyib.

Milli.Az