Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir - FOTOlar

4 Dekabr 2020 13:04

Bu gün Azərbaycanın ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin xüsusi anım günü kimi qeyd edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Vətən müharibəsində həlak olanların xatirəsini yad etmək üçün paytaxt sakinləri Şəhidlər Xiyabanına ziyarət edirlər.

Trend-in fotoqrafı Zaur Mustafayev insanların Şəhidlər Xiyabanına ardı-arası kəsilməyən ziyarətindən fotoşəkillər təqdim edir:

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Milli.Az