Qazimizin qarşılandığı anın görüntüsü həftənin FOTOsu seçildi

4 Dekabr 2020 15:36

Azərbaycan ordusunun torpaqlarını azad etmək uğrunda apardığı 44 günlük müharibədə yaralanaraq bir ayağını itirən 23 yaşlı qazimiz Abbas Abbaslının müalicə aldığı xəstəxanadan çıxdıqdan sonra evinə qayıtdığı anın şəklini "Anadolu" agentliyi həftənin fotosu seçib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fotoda yaxınlarının Abbası Azərbaycan və Türkiyə bayraqları ilə qarşılamaları əks olunub.

Qeyd edək ki, fotonun müəllifi Rəsul Rəhimovdur.

Milli.Az