Bakıda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan sexin yanar konstruksiyaları və içərisində 2 ədəd dəzgah yanıb. Yüksək temperaturdan ümumi sahəsi 103 m² olan birmərtəbəli evin şiferdən ibarət dam örtüyü 3 m² sahədə dağılıb. Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az