Klişinin yeni klubu müəyyənləşdi

4 Dekabr 2020 07:41

İsveçrə Superliqasının komandalarından biri olan "Servett" Qael Klişini heyətinə qatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Açıqlamada 35 yaşlı fransız müdafiəçi ilə 1,5 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, karyerası ərzində "Kann, "Arsenal" və "Mançester Siti" komandalarında oynayan Klişi son 3 mövsümü "Başakşəhər"də keçirmişdi.

Milli.Az