Türkiyəli futbolçu tarixə keçdi

4 Dekabr 2020 07:28

"Başakşəhər"in "Leypsig"ə 4-3 məğlub olduğu matç İrfan Can Kahvecinin performansı ilə yadda qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, türk milli futbolçu komandasının bütün qollarına imza atıb. O, 45+3, 72 və 85-ci dəqiqələrdə rəqib torlarını silkələyib. Bununla da Tuncay Şanlı, Burak Yılmaz və Arda Turandan sonra Çempionlar Liqasında het-trik edən 4-cü türk futbolçu olub.

Eyni zamanda, Kahveci Ronaldo və Beyl kimi het-trik etdiyi matçdan məğlub ayrılaraq Liqa tarixinə düşüb.

Milli.Az