Azərbaycanda qəhrəmanları belə qarşılayırlar - VİDEO

3 Dekabr 2020 17:30

Könüllü olaraq cəbhəyə gedib erməni işğalçılarını məhv edən Azərbaycan əsgərləri vətənə qayıdır. Xoşbəxt analar, atalar, uşaqlar, həyat yoldaşları, bacılar və qardaşlar, qonşular Azərbaycan bayraqları ilə, böyük həvəslə ölkənin qəhrəmanlarını, cəsur döyüşçülərini və ikinci Qarabağ müharibəsi qaliblərini alqışlayırlar. Əlbəttə ki, hamı cəbhədən qayıtmadı. Qarabağdakı döyüş əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2783 hərbçisi şəhid oldu. Allah şəhidlərimizə rəhmət eləsin!

Sosial şəbəkələrdə yerləşdirilən videoların bir qismini Milli.Az Day.Az-a istinadən oxuculara təqdim edir.

Atası ilə telefonda danışan və qayıtmağına çox sevinən bir uşağın videosu sosial şəbəkələrdə ən populyarlardan biri olub. Oğul və atanın sevincli görüşünü göz yaşları olmadan izləmək mümkün deyil.

Hər ana oğlunu böyük səbirsizliklə gözləyir. İndi də bu çoxdan gözlənilən görüş!

Qəhrəmanları ilə görüşlər hər bir azərbaycanlı üçün böyük bir bayrama çevrilir.

Milli.Az