Slack satıldı

5 Dekabr 2020 23:55

ABŞ-dan olan proqram təminatı yaradıcısı Salesforce şirkəti Slack korporativ messencerinin 27.7 milyard dollara aldığını elan edib. Müqavilənin şərtlərinə əsasən Slack-ın səhmdarları 26.79 milyard dolları nağd şəklində, yerdə qalan vəsaiti isə Salesforce şirkətinin səhmləri şəklində əldə edəcəklər. İki şirkət bir yerdə biznes üçün böyük və açıq tətbiqlər ekosistemi ilə iş proseslərini yaradacaqlar. Müqavilənin bağlanmasından sonra Slack, Salesforce şirkətinin əməliyyatlar üzrə şöbəsinə çevriləcək.

Slack-ın yaradıcısı Stewart Butterfield şirkətin idarəsini davam etdirəcək. O öz Twitter hesabında bildirib ki, Slack öz növbəsində açıq və müstəqil platforma olmağa davam edəcək. Bu müqavilə həmçinin Slack-ın Microsoft Teams ilə rəqabətini də gücləndirəcək. Hal hazırda dünyada olan koronavirus pandemiaysı fonunda Slack böyüməkdə davam edir. Bu ilin ikinci rübündə şirkət öz gəlirini 49% yüksəltmişdi. Şirkətin ödənişli istifadəçilərinin sayı 130.000-ə çatıb. Bu isə keçən ilki göstəricidən 30% çoxdur.

Milli.Az