“Samsung Galaxy Note” smartfonlarının son istehsal tarixi məlum olub

5 Dekabr 2020 19:50

"Samsung" şirkəti sonuncu "Galaxy Note" smartfonunu təqdim edərək bu seriyadan imtina edəcək. Bu haqda Cənubi Koreyanın "ETNews" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mənbələrin məlumatına görə, korporasiya 2021-ci ildə sonuncu "Galaxy Note21" qurğusunu çıxarmaq niyyətindədir. Gələcəkdə "Samsung" şirkəti "Galaxy Note"un xüsusiyyətlərini və hazırlamalarını "Galaxy S" seriyasına aid aparatlara inteqrasiya edəcək.

Bundan əvvəl "Ice Universe" şəbəkə insayderi "Galaxy Note" seriyasının son istehsal tarixi haqqında məlumat vermişdi.

Milli.Az