Yaşayış yerini tərk edən COVİD-19 daşıyıcısına cinayət işi açıldı - VİDEO

3 Dekabr 2020 16:07

Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aktiv "COVİD-19" xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib.

Onun barəsində Gəncə ŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Milli.Az