Bir həftədə arıqlamağın yolu tapıldı

5 Dekabr 2020 23:45

İnsanların bir çoxu artıq çəkidən şikayət edir. Onlar arıqlamaqla özlərini həm gözəl görünmələrinə, həm də sağlam həyat tərzi sürmələrinə nail olurlar. Əgər siz asanlıqla qısa bir müddət ərzində arıqlamaq istəyirsinizsə, bəzi tövsiyələrə əməl etməniz kifayətdir. Bu tövsiyələrə əməl etsəniz 1 həftə ərzində arıqlayacaqsınız. Arıqlama "möcüzəli" şorba və meyvə-tərəvəzlər sayəsində həyata keçəcək.
Bu şorba 1988-ci ildə Kaliforniya Loma Linda xəstəxanasının mütəxəssisləri tərəfindən yaradılmışdır. Şorbanı artıq çəkidən əziyyət çəkən ürək xəstələrinin arıqlamaları üçün hazırlayıblar.
Həkimlər artıq çəkili ürək xəstələri üçün xüsusi bir rejim hazırlamışlar. Rejimə əsasən xəstələr bir həftə boyu meyvə tərəvəz, yağsız ət və həmin şorbadan içməlidirlər. Möcüzəli şorbanın tərkibi əsasən metobolizmi sürətləndirən kələmdən ibarətdir.
Bu diyetə yalnız həddindən artıq çəkidən əziyyət çəkənlər müraciət etməlidirlər. Diyetə 1 həftədən artıq əməl etmək olmaz. Böyrək və şəkərli diabet xəstələrinə bu dietdən istifadə etmək məsləhət görülmür.
Bir həftədə arıqlamaq üçün rejim proqramı:
Birinci gün bir neçə dəfə bol meyvə yeyin. Xüsusilə də qarpız, yemiş və ananas kimi meyvələrlə qidalanmaq lazımdır.
İkinci gün bol-bol təzə tərəvəzlər yemək lazımdır. Mümkünsə tərəvəzləri çiy yemək və maye əvəzinə su içmək lazımdır.
Üçüncü gün fasilələrlə meyvə və tərəvəz yemək lazımdır. Kartof kimi nişastalı meyvə-tərəvəzlərdən uzaq durmaq lazımdır.
Dördüncü gün fasilələrlə 8 ədəd banan yeyin və süd için. Bunlar bədəninizin enerji itirən zaman şəkərə olan ehtiyacını ödəyəcək.
Beşinci gün gün ərzində iki dəfə yağsız ət və yanında bol tərəvəzlər yeyin.
Altıncı gün, bütün gün ərzində iki və ya üç dəfə yağsız ət  yeyin. Ət mütləq közdə bişməli və ya qovrulmalıdır. Bol-bol su içilməlidir.
Yeddinci gün 3 dəfə bişmiş düyünün içərisinə tərəvəz qatılıb yemək lazımdır.
Rejimə əməl edərkən aclıq hiss etsəniz istədiyiniz qədər aşağıda resepti verilmiş şorbadan  içə bilərsiniz.
Şorba üçün lazım olanlar:
- 3 ədəd soğan
- 1 ədəd yaşıl bibər
- 1 ədəd pomidor
- 1 baş kələm
- kərəviz
- 2 yer kökü
- duz
- dad üçün ədviyyatlar.
Hazırlamaq üçün bütün tərəvəzlər nazik doğranır bir az su əlavə edilib 10 dəqiqə qaynadılır. Dad üçün şorbaya istənilən ədviyyatdan əlavə etmək olar.
Arıqlamaq istəyənlər yerkökü və cəfəri suyu vasitəsilə də özlərini arıqlada bilərlər. Bunun üçün aşağıdakı şirəni hər gün içmək lazımdır:
* 2 portağal
* 2 yerkökü
* 200 ml su
* 1 dəstə cəfəri.
Şirəni hazırlamaq üçün tərəvəzlər şirəçəkən maşında çəkilir və üzərinə otaq temperaturunda olan su qatılıb içilir.

Milli.Az