Tokio Olimpiadasının 810 min bileti qaytarılıb

3 Dekabr 2020 18:44

Koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının geri qaytarılan biletlərinin sayı bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Təşkilat Komitəsinin satdığı 4,45 milyon biletdən 810 mini qaytarılıb.

Bu, realizə olunanların təxminən 18 faizidir. Həmin biletlər yenidən satışa çıxarılacaq.

Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Milli.Az