Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ

3 Dekabr 2020 14:45

İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarına komendantlar təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Laçın Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçına, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov isə Kəlbəcər rayonuna komendant təyin ediliblər.

Milli.Az