ATƏT sədri: "Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb"

3 Dekabr 2020 14:42

ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, xarici işlər və Avropa işləri naziri Edi Rama Dağlıq Qarabağ münaqişəsi çərçivəsində döyüş əməliyyatlarının dayandırılmasına dəstəyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında deyib.

O, döyüşlərin dayanmasını alqışladığını vurğulayıb:

"Yaxşı ki, döyüş əməliyyatları dayanıb. İndi üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirmək vaxtı çatıb".

Milli.Az