Azərbaycanlı aktyor hər iki valideynini itirdi - Anası Xəlil Rza Ulutürkün bacısı idi

3 Dekabr 2020 12:48

Aktyoru Kamran Yunisə ağır itkilər üz verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi 10 gün ərzində hər iki valideynini itirib.

Bu barədə o, sosial şəbəkədə məlumat verib. Qeyd edib ki, anası Ulduz Rza Xəlilbəyli 25 noyabrda, atası Aydın M. Yunis isə 2 dekabrda dünyasının dəyişib.

Qeyd edək ki, Ulduz Xəlilbəyli Xalq şairi Xəlil Rza Ulutürkün bacısı idi.

Milli.Az