Anadan DƏHŞƏTLİ ƏMƏL: Körpəsinə alkoqollu içki içirtdi - FOTO

4 Dekabr 2020 03:30

İstanbulun Qartal rayonunda ana doğma övladına qarşı ağılasığmaz hərəkət edib.

Milli.Az xəbər verir ki, Figen adlı qadın bir müddət əvvəl münasibətdə olduğu Burakdan dünyaya gətirdiyi 1,5 yaşlı övladına alkoqollu içki içirdib. Çəkdiyi fotoları isə sosial mediada paylaşıb.

Ananın bu addımı sosial qınağa səbəb olub.

Vəziyətdən istifadə edən Burak məhkəməyə müraciət edərək uşağın ona verilməsini tələb edib.

Hazırda Figenlə bağlı araşdırma aparılır. (publika.az)

Milli.Az