Yerevanda zavod yanıb

3 Dekabr 2020 13:30

Yerevanda polietilen paket istehsalı zavodunda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın gecə saatlarında başlayıb.

Hadisə nəticəsində iki dəzgah, dam örtüyü və inşaat tullantıları yanıb.

Yanğının qarşısı bir saatdan sonra alınıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Milli.Az